Elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik mühəndisi

  • Deadline 26 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Mağaza layihəsinə uyğun olaraq elektrik xətlərinin, işıqlandırma sistemlərinin və güc avadanlıqlarının çəkilişi və quraşdırılması işlərinin təşkilini və icrasını təmin etmək;
  • Podratçı tərəfindən həyata keçirilən işlərin keyfiyyətinə, elektrik təhlükəsizliyi qaydalarına və təsdiq edilmiş iş qrafikinə uyğunluğuna birbaşa sahədə nəzarət etmək;
  • Layihə üçün tələb olunan elektrik materiallarının (kabellər, avtomatlar, işıqlandırma cihazları, elektrik lövhələri və s.) keyfiyyətinə, texniki spesifikasiyalara və miqdarına uyğunluğunu yoxlamaq;
  • Tamamlanmış elektrik sistemlərinin sınaqlarının (yük sınaqları, torpaqlama sisteminin yoxlanılması və s.) keçirilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət etmək və obyektin təhvil-təslim prosesini həyata keçirmək;
  • İşlərin gedişatı və tamamlanma müddətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Elektrik sxemlərini və işçi layihələri sərbəst oxumaq, sahədə düzgün tətbiq etmək bacarığı;
  • Daxili işıqlandırma sistemləri, güc paylama lövhələri (panolar) və torpaqlama sistemləri üzrə dərin biliklər;
  • Elektrik təhlükəsizliyi norma və standartları barədə məlumatlılıq;
  • Podratçılarla iş prosesində tələbkar və prinsipial yanaşma nümayiş etdirmək bacarığı;
  • Diqqətlilik, detallara həssas yanaşma və nöqsanları vaxtında aşkar etmək bacarığı;
  • Stressə davamlılıq və layihələrin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (Müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
  • Avtomobil olması üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily92
  • Weekly342
  • Monthly2314