Əsas vəzifə öhdəlikləri:
- Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması);
- Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi);
- Mağaza yerinin rəhbərliyə təqdim edilməsi;
- Sahibkarla görüşüb təklif verilməsi;
- Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faz və vergi kodu).
Tələb olunan bilik və bacarıqlar:
- Güclü analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;
- Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı;
- MS Excel və xəritə/lokasiya alətləri ilə işləmə bacarığı;
- Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmlak məsələləri üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.