Tam Store Tam Store
  • 598
Tam Store

Tam Store

Multiline Retail

ERP üzrə Mütəxəssis (LOGO Tiger)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ERP üzrə Mütəxəssis (LOGO Tiger)

  • Истекает 22 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • LOGO Tiger ERP sisteminin quraşdırılması, konfiqurasiyası və idarə olunması;
  • Şirkətin biznes proseslərinə uyğun ERP strukturunun qurulması və tənzimlənməsi;
  • Mühasibatlıq, satış, satınalma, anbar, istehsalat, WMS və digər modullar üzrə dəstək;
  • İstifadəçilərə proqram üzrə təlimlərin keçirilməsi və gündəlik texniki dəstəyin göstərilməsi;
  • *ERP üzərində hesabatların (raporların) hazırlanması və ya mövcud hesabatların təkmilləşdirilməsi;
  • *Yeni modulların tətbiqi və test mərhələsinin idarə olunması;
  • *ERP sistemində yaranan nasazlıqların analiz olunaraq həll yollarının tapılması;
  • Daxili və xarici audit proseslərində sistemin uyğunluğunun təmin edilməsi;
  • ERP ilə digər proqram təminatları (məsələn, e-arşiv, e-fatura, POS sistemləri və s.) arasında inteqrasiyanın təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • LOGO Tiger ERP sistemində ən azı 2 il iş təcrübəsi;
  • *LOGO modulları və arxitekturası haqqında ətraflı bilik;
  • *SQL Server və ya digər verilənlər bazası sistemləri ilə işləmə bacarığı;
  • LOD dili və custom report yazmaq üzrə bilik üstünlükdür;
  • Texniki sənədlərlə işləmək və sənədləşdirmə bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə və kommunikasiya bacarığı;
  • Təlim keçmək və istifadəçiləri maarifləndirmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (İT, Sistem Mühəndisliyi, Mühasibatlıq, Biznesin İdarə Olunması və ya əlaqəli sahə) ;
  • LOGO sertifikatları üstünlükdür;
  • Mühasibat və ya maliyyə bilikləri əlavə üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “ERP üzrə Mütəxəssis(LOGO Tiger)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily87
  • Weekly552
  • Monthly671