Tam Store Tam Store
  • 872

Gəlirlər üzrə mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Gəlirlər üzrə mühasib

  • Deadline 27 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Məhsul, iş və xidmətlərdən əldə olunan gəlirlərin mühasibat uçotunda düzgün əks etdirilməsi (aylıq, rüblük, illik);
  • Satış fakturalarının, qaimələrin və müqavilələrin yoxlanılması;
  • Gəlirlərin müvafiq hesablara vaxtında və düzgün köçürülməsi;
  • Müştərilərin debitor borclarının izlənməsi və uçotu;
  • Gecikmiş ödənişlərlə bağlı müvafiq tədbirlərin görülməsi;
  • Müştərilər ilə üzləşmə aktlarının / hesabatlarının hazırlanması;
  • Hesabların müxabirləşməsinin nəzərdən keçirilməsi, səhvliklərin və uyğunsuzluqların aradan qaldırılması;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Gündəlik e-qaimələrin tərtib edilib göndərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);
  • Operativ və məsuliyyətli iş yanaşması;
  • Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Gəlirlər üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly389
  • Monthly2331