Tam Store Tam Store
  • 270

Kateqoriya mütəxəssisi (PL üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya mütəxəssisi (PL üzrə)

  • Deadline 27 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Rəhbərliyin tələb etdiyi kateqoriyalar üzrə şəxsi marka yaradılması ilə bağlı yerli və xarici bazarda olan uyğun tədarükçülərlə görüşlərin keçirilməsi, qiymət razılıq protokolunun hazırlanılması və rəhbərə təqdim edilməsi;
  • Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya rəhbərinə hesabat vermək;
  • Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;
  • Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;
  • Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;
  • Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq, keyfiyyətə nəzarət və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;
  • Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə həftəlik, aylıq, illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;
  • Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış       və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək.

Tələb olunan bilik və bacarıqlar:

  • İşində dəqiqlik və detallara diqqətlilik;
  • Kommunikasiya;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il təcrübə.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya mütəxəssisi (PL üzrə)” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily3
  • Weekly610
  • Monthly3