Tam Store Tam Store
  • 294
Tam Store

Tam Store

Multiline Retail

Kateqoriya şöbə rəhbəri (Qeyri-qida üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya şöbə rəhbəri (Qeyri-qida üzrə)

  • Deadline 26 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Kateqoriya və alt kateqoriya strategiyalarının yaradılması və yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü bir yanaşma ilə, trendlərə və müştəri gözləntilərinə uyğun olaraq məhsul çeşidinə qərar vermək;
  • Müqavilə, sifariş, tələb rabitəsi və həcmi, çatdırılma müddətinin dəyişdirilməsi, sifarişlərin və fəaliyyətlərin yerinə yetirilməsi üçün əsas təchizatçılarla illik, aylıq və gündəlik işgüzar əlaqələrə rəhbərlik etmək;
  • Yeni təchizatçıları, məhsulları və rəqib tendensiyalarını təhlil etmək üçün müntəzəm olaraq bazar araşdırması aparmaq; 
  • Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlamaq və lazımı tədbirlər görmək; 
  • Azərbaycan mətbəxini, evdə istehlakı araşdırmaq və daha yaxşı keyfiyyət standartlarını təbliğ etmək üçün aparıcı layihələr tətbiq etmək;
  • Kateqoriya və mağazalar arasında əlaqəni təmin etmək;
  • Kateqoriya hədəflərinə çatmaq üçün satış departamenti, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq etmək;
  • Şirkət gəlirlilik hədəfinə çatmaq üçün müvafiq kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun tədbirlər görmək;
  • İllik alış və satış hədəfini müvafiq kateqoriyalar üzrə təchizatçılarla planlaşdırmaq və şirkətin satış hədəfinə çata bilməsini təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Risk idarəçiliyi və operativ qərar qəbul etmə bacarığı;
  • Qeyri-qida məhsulları üzrə kateqoriya idarəetməsi sahəsində praktiki biliklər;
  • Qiymət siyasətinin qurulması, marja, rentabellik və satış analizi bacarığı;
  • Təchizatçılarla danışıqlar aparmaq, müqavilə şərtlərinin razılaşdırılması təcrübəsi;
  • Satış, stok dövriyyəsi, itkilər və kampaniyalar üzrə analitik düşünmə bacarığı;
  • Satış hesabatları, KPI-lar və performans göstəriciləri ilə işləmək bacarığı;
  • Komanda idarəetməsi və liderlik bacarıqları;
  • Bazar trendlərini izləmək və strateji qərarlar vermək bacarığı;
  • Güclü ünsiyyət, planlama və vaxtın idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Müvafiq sahə üzrə);
  • Retail sahəsində iş təcrübəsi; 
  • Qeyri-qida sahəsində minimum 4 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kateqoriya Şöbə Rəhbəri (Qeyri-qida)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily42
  • Weekly349
  • Monthly2029