Layihələrin idarə edilməsi üzrə mütəxəssis

  • Истекает 22 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • KPI göstəricilərinin izlənilməsi, kənarlaşmaların və trendlərin vaxtında müəyyən edilməsi;
  • Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və vahid bazada birləşdirilməsi;
  • Rəqəmlər əsasında təhlillərin aparılması, nəticələrin çıxarılması və qısa, aydın xülasələrin hazırlanması;
  • Gündəlik, həftəlik və aylıq hesabatların müntəzəm və vaxtında hazırlanması;
  • Layihələrin icra vəziyyətinin izlənilməsi və mümkün gecikmələr barədə direktorun vaxtında məlumatlandırılması;
  • Görüşlərin təşkili, protokolların hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi;
  • Departamentlərarası koordinasiyanın təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/VLOOKUP, Power Query, şərti formatlama və dinamik cədvəllər);
  • Power BI proqramı ilə işləmək bacarığı (məlumat modellərinin qurulması, DAX-ın əsasları və interaktiv dashboardların hazırlanması);
  • PowerPoint proqramında rəhbərlik üçün aydın və vizual təqdimatlar hazırlamaq bacarığı;
  • SQL üzrə baza biliklərinin olması (verilənlər bazasından məlumatların əldə edilməsi) üstünlükdür;
  • Layihə idarəetməsinin əsasları (layihə mərhələləri, son icra tarixləri, risklər və məsuliyyət bölgüsü) üzrə biliklər;
  • Diqqətlilik və dəqiqlik;
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
  • Məxfi məlumatlarla işləməkdə etibarlılıq;
  • Proaktivlik, problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Gərgin iş rejimində və qısa icra müddətləri çərçivəsində işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • İqtisadiyyat, biznesin idarə edilməsi, statistika, informasiya texnologiyaları və ya oxşar ixtisaslar üzrə ali təhsil;
  • Analitika, hesabatlıq və ya inzibati dəstək sahəsində ən azı 1–3 il iş təcrübəsi;
  • ERP sistemləri (Logo Tiger, 1C, SAP və s.) ilə işləmək təcrübəsi üstünlükdür;
  • Pərakəndə satış və ya FMCG sahəsində iş təcrübəsi üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily1
  • Weekly1
  • Monthly1480