Tam Store Tam Store
  • 257
Tam Store

Tam Store

Multiline Retail

Marketinq satınalmaları üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq satınalmaları üzrə mütəxəssis

  • Deadline 25 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
  • Mallar və Xidmətlər üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazardan araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi; yazışmaların və danışıqların aparılması; görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və çatdırılma məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Ən uyğun şərtlər daxilində Mal-material və Xidmət alışlarının təmin edilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə hesabatların təqdim olunması.

Tələb olunan bilik və bacarıqlar:

  • Bazarı təhlil etmək bacarığı və hesabatlılıq;
  • Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);
  • Qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
  • Məsuliyyətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil;
  • Marketinq Satınalması sahəsində ən az 1 il iş təcrübəsi;
  • Retail sahəsində təcrübə üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq satınalmaları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily91
  • Weekly310
  • Monthly1947