Tam Store Tam Store
  • 882

Master data üzrə bölmə rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Master data üzrə bölmə rəhbəri

  • Deadline 19 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Yeni məhsulların sistemə daxil edilməsi, məhsul üzrə master data məlumatlarının (SKU, barkod, ölçü, kateqoriya və s.) yaradılması, yenilənməsi və idarə olunması;
  • Alış və satış qiymətlərinin, eləcə də kampaniya qiymətlərinin sistemdə düzgün və vaxtında əks olunmasına nəzarət;
  • Məlumatların dəqiqliyinin, tamlığının və vahidliyinin təmin edilməsi; dublicate SKU-lar, yanlış barkodlar, səhv qiymət və kateqoriya xətalarının aşkarlanması və aradan qaldırılması;
  • Master Data komandası üzvlərinin işinin təşkili, nəzarəti, inkişafı və effektiv idarə olunması;
  • Sistemlərarası məlumat uyğunsuzluqlarının izlənməsi və aradan qaldırılması;
  • Kommersiya, Satış, Logistika və IT komandaları ilə koordinasiyanın təmin edilməsi;
  • Master Data üzrə hesabatların hazırlanması;
  • Master Data istiqaməti üzrə daxili biznes proseslərinin qurulması, sənədləşdirilməsi və təkmilləşdirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Analitik düşünmə, detallara diqqət və proseslərin təkmilləşdirilməsi bacarığı;
  • Komanda idarəetmə və effektiv kommunikasiya bacarığı;
  • Məsuliyyətlilik, sistemli yanaşma və nəticəyönümlülük.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil(müvafiq ixtisas üzrə);
  • Təcrübə - 3 il(müvafiq sahə üzrə);
  • Rəhbər vəzifədə təcrübə - minimum 1il.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Master data üzrə bölmə rəhbəri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly127
  • Monthly1257