Əsas vəzifə öhdəlikləri:
- Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;
- Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;
- Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;
- Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;
- Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;
- Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
- Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;
- Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;
- Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali təhsil(Əlaqəli sahə üzrə);
- Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
- Portfolio təqdim edilməsi mütləqdir.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Motion dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.