Motion Dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Motion Dizayner

  • Deadline 30 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;
  • Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;
  • Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;
  • Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;
  • Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;
  • Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
  • Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
  • Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;
  • Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;
  • Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
  • Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil(Əlaqəli sahə üzrə);
  • Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
  • Portfolio təqdim edilməsi mütləqdir.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Motion dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily18
  • Weekly469
  • Monthly2442