Əsas vəzifə öhdəlikləri:
- Sürücülərə yol vərəqələrinin vaxtında təhvil verilməsi prosesinə nəzarət etmək;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Sürücülərin ezamiyyə sənədlərinin hazırlanması;
- DYP cərimələrinin qərarlaşdırılması, ödənilməsi və hesabatların təqdim edilməsi;
- Sürücülərin avtomobilin idarə edilməsinə dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün rəy və təkliflərin verilməsi;
- Şöbədəki fəaliyyətlərin planlı, metodlu və hər an hesabat verə biləcək formada olmasını təmin etmək;
- Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsi;
- Cəmiyyətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi;
- Yeni nəqliyyat vasitələrinin GPS avadanlıqları ilə təminatının təşkil edilməsi;
- Cəmiyyətin nəqliyyat vasitələrinin təmirinin təşkil edilməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək;
- Qulluq funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- Nəqliyyat komandası ilə bağlı hesabatların (yanacaq, cərimə, geozona və s.) hazırlaması;
- GPS proqramı vasitəsi ilə nəqliyyat vasitələrinin izlənilməsi;
- Nəqliyyat komandasına aid inzibati aktların, tabellərin, cədvəllərin hazırlanması;
- Satış və ya anbar şöbəsinin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirməsinə nəzarət etmək;
- Təmirə ehtiyacı olan, zədə dəymiş nəqliyyat vasitələrinin vaxtında təmir mərkəzlərinə yönləndirilməsi;
- Kənar (icarə) nəqliyyat vasitələrindən istifadəni planlamaq və təşkilini həyata keçirmək;
- DYP, AYNA və s. orqanlarla sənəd dövriyyəsi və digər ehtiyyaclarla bağlı işlərin təşkili;
- Şirkətə və işçilərə məxsus yanacaq kartlarına nəzarət, təyin olunmuş limitlərə əsasən balansların artırılıb azaldılması, YDM-lərə məxsus proqram təminatı ilə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil(müvafiq ixtisas üzrə üstünlükdür);
- Təcrübə 5il (müvafiq sahə üzrə).
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- Iş yeri: Bakı şəh.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Nəqliyyat şöbə rəhbəri” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.