Tam Store Tam Store
Tam Store

Tam Store

Multiline Retail

Nəqliyyat üzrə şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyat üzrə şöbə müdiri

  • Deadline 10 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Sürücülərə yol vərəqələrinin vaxtında təhvil verilməsi prosesinə nəzarət etmək;
  • Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
  • Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
  • Sürücülərin ezamiyyə sənədlərinin hazırlanması;
  • DYP cərimələrinin qərarlaşdırılması, ödənilməsi və hesabatların təqdim edilməsi; 
  • Sürücülərin avtomobilin idarə edilməsinə dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün rəy və təkliflərin verilməsi; 
  • Şöbədəki fəaliyyətlərin planlı, metodlu və hər an hesabat verə biləcək formada olmasını təmin etmək;
  • Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsi; 
  • Cəmiyyətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi;
  • Yeni nəqliyyat vasitələrinin GPS avadanlıqları ilə təminatının təşkil edilməsi;
  • Cəmiyyətin nəqliyyat vasitələrinin təmirinin təşkil edilməsinə nəzarət etmək;
  • Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək;
  • Qulluq funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • Nəqliyyat komandası ilə bağlı hesabatların (yanacaq, cərimə, geozona və s.) hazırlaması;
  • GPS proqramı vasitəsi ilə nəqliyyat vasitələrinin izlənilməsi;
  • Nəqliyyat komandasına aid inzibati aktların, tabellərin, cədvəllərin hazırlanması;
  • Satış və ya anbar şöbəsinin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirməsinə nəzarət etmək;
  • Təmirə ehtiyacı olan, zədə dəymiş nəqliyyat vasitələrinin vaxtında təmir mərkəzlərinə yönləndirilməsi;
  • Kənar (icarə) nəqliyyat vasitələrindən istifadəni planlamaq və təşkilini həyata keçirmək;
  • DYP, AYNA və s. orqanlarla sənəd dövriyyəsi və digər ehtiyyaclarla bağlı işlərin təşkili;
  • Şirkətə və işçilərə məxsus yanacaq kartlarına nəzarət, təyin olunmuş limitlərə əsasən balansların artırılıb azaldılması, YDM-lərə məxsus proqram təminatı ilə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil(müvafiq ixtisas üzrə üstünlükdür);
  • Təcrübə 5il (müvafiq sahə üzrə).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Iş yeri: Bakı şəh.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Nəqliyyat şöbə rəhbəri” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily2
  • Weekly588
  • Monthly208