Vəzifə öhdəlikləri:
- Şirkətin online satış platformalarının (web-sayt və marketplace) gündəlik fəaliyyətini idarə etmək;
- Online sifarişlərin qəbulunu həyata keçirmək, sistemə daxil edilməsi və icrasına nəzarət etmək;
- Məhsul kataloqunun,qiymətlərin və stok məlumatlarının platformada düzgün yerləşdirilməsini təmin etmək;
- Online satış göstəricilərini (sifariş sayı,orta səbət,konversiya və s.) izləmək və müvafiq hesabatlar hazırlamaq;
- Satışın artırılması məqsədilə kampaniya və promo təkliflərin hazırlanmasında iştirak etmək;
- Müştəri sorğularının operativ şəkildə cavablandırılmasını və xidmət keyfiyyətinin təmin edilməsini təşkil etmək;
- Reklam və marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək online trafik və satışların artırılmasına dəstək vermək;
- Rəqib platformaları və bazar trendlərini izləmək, müvafiq təkliflər hazırlamaq;
- Mağaza əməkdaşları ilə mütəmadi müzakirələr aparmaq,xidmətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq;
- Mağazada online satışa cavabdeh olan əməkdaşların motivasiya olunması və onların KPI-larına təsir edən amillərlə bağlı mütəmadi məlumatlandırma aparmaq;
- Mağaza əməkdaşlarına mütəmadi təlimatlandırma işlərini həyata keçirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Satış göstəricilərinin izlənməsi və sadə analitik hesabatların hazırlanması bacarığı;
- Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
- Komandada işləmək və operativ qərarvermə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil;
- Online sifarişlərin idarə edilməsi və müştəri sorğularının cavablandırılması sahəsində 1–3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Online satış mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.vəzifə üzrə namizədin hazırla