Tam Store Tam Store
  • 448
Tam Store

Tam Store

Multiline Retail

Online satış mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Online satış mütəxəssisi

  • Deadline 16 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin online satış platformalarının (web-sayt və marketplace) gündəlik fəaliyyətini idarə etmək;
  • Online sifarişlərin qəbulunu həyata keçirmək, sistemə daxil edilməsi və icrasına nəzarət etmək;
  • Məhsul kataloqunun,qiymətlərin və stok məlumatlarının platformada düzgün yerləşdirilməsini təmin etmək;
  • Online satış göstəricilərini (sifariş sayı,orta səbət,konversiya və s.) izləmək və müvafiq hesabatlar hazırlamaq;
  • Satışın artırılması məqsədilə kampaniya və promo təkliflərin hazırlanmasında iştirak etmək;
  • Müştəri sorğularının operativ şəkildə cavablandırılmasını və xidmət keyfiyyətinin təmin edilməsini təşkil etmək;
  • Reklam və marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək online trafik və satışların artırılmasına dəstək vermək;
  • Rəqib platformaları və bazar trendlərini izləmək, müvafiq təkliflər hazırlamaq;
  • Mağaza əməkdaşları ilə mütəmadi müzakirələr aparmaq,xidmətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq;
  • Mağazada online satışa cavabdeh olan əməkdaşların motivasiya olunması və onların KPI-larına təsir edən amillərlə bağlı mütəmadi məlumatlandırma aparmaq;
  • Mağaza əməkdaşlarına mütəmadi təlimatlandırma işlərini həyata keçirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Satış göstəricilərinin izlənməsi və sadə analitik hesabatların hazırlanması bacarığı;
  • Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
  • Komandada işləmək və operativ qərarvermə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil;
  • Online sifarişlərin idarə edilməsi və müştəri sorğularının cavablandırılması sahəsində 1–3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Online satış mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.vəzifə üzrə namizədin hazırla

  • Daily101
  • Weekly101
  • Monthly1231