Əsas vəzifə öhdəlikləri:
- Tikinti-quraşdırma işlərinə sahədə gündəlik nəzarətin həyata keçirilməsi;
- İşlərin layihəyə, texniki şərtlərə və təsdiq olunmuş standartlara uyğun icrasına nəzarət edilməsi;
- Podratçı və subpodratçı şirkətlərlə koordinasiyalı işin təşkili;
- Görülən işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarət edilməsi;
- Sahədə yaranan texniki problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və onların həllində iştirak edilməsi;
- Layihə çertyojlarının oxunması və işlərin layihəyə uyğunluğunun yoxlanılması;
- Görülmüş işlər üzrə hesabatların, aktların və digər texniki sənədlərin hazırlanmasında iştirak edilməsi;
- Materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
- İşlərin təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Şəxsi avtomobilin olması mütləqdir;
- AutoCAD/DWG proqramlarını yaxşı səviyyədə bilmək;
- İş prosesini koordinasiya etmək bacarığı;
- Texniki sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığı;
- İşlərin icrasına nəzarət və təşkilatçılıq qabiliyyəti;
- İşgüzar ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Ezamiyyətlərə açıq olmaq.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Ərazi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.