Sahə mühəndisi

  • Истекает 14 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinə sahədə gündəlik nəzarətin həyata keçirilməsi;
  • İşlərin layihəyə, texniki şərtlərə və təsdiq olunmuş standartlara uyğun icrasına nəzarət edilməsi;
  • Podratçı və subpodratçı şirkətlərlə koordinasiyalı işin təşkili;
  • Görülən işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarət edilməsi;
  • Sahədə yaranan texniki problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və onların həllində iştirak edilməsi;
  • Layihə çertyojlarının oxunması və işlərin layihəyə uyğunluğunun yoxlanılması;
  • Görülmüş işlər üzrə hesabatların, aktların və digər texniki sənədlərin hazırlanmasında iştirak edilməsi;
  • Materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
  • İşlərin təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət edilməsi.

Tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Şəxsi avtomobilin olması mütləqdir;
  • AutoCAD/DWG proqramlarını yaxşı səviyyədə bilmək;
  • İş prosesini koordinasiya etmək bacarığı;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və operativ olmaq;
  • Komandada işləmək bacarığı;
  • Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığı;
  • İşlərin icrasına nəzarət və təşkilatçılıq qabiliyyəti;
  • İşgüzar ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Ezamiyyətlərə açıq olmaq.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Ərazi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Sahə mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily73
  • Weekly396
  • Monthly1252