İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat (həftəiçi 5 gün, 09:00–18:00)
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması (AR Vergi Məcəlləsinə və müvafiq qanunvericiliyə uyğun)
- Bank, kassa, əmək haqqı, əsas vəsaitlər, debitor-kreditor hesablarının uçotu və nəzarəti
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət, sadələşdirilmiş, Əməkhaqqı fondu, DSMF və s.) hazırlanması və təqdim olunması
- Rəhbərliyə aylıq, rüblük və illik İFRS maliyyə hesabatlarının təqdim olunması
- Audit prosesində iştirak və müvafiq sənədlərin hazırlanması
- Elektron qaimə-fakturaların, e-hesab faktura və müqavilələrin işlənməsi və nəzarətdə saxlanılması
- 1C proqramında işləmək bacarığı (Başqa ERP bilikləri üstünlükdür)
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə)
- Minimum 5 il mühasibatlıq sahəsində, ən az 2 il baş mühasib kimi iş təcrübəsi
- AR Vergi Məcəlləsi, əmək qanunvericiliyi və mühasibat uçotu standartları üzrə biliklər
- MS Office və 1C (və ya digər ERP) proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşüncə, dürüstlük və məsuliyyətlilik
- Komandada işləmək və hesabatlılıq qabiliyyəti
Üstünlüklər:
- PMS sertifikatının olması
- ACCA, CIMA və ya digər beynəlxalq sertifikatların olması
- İngilis dili biliyinin olması
Müraciət:
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına "Baş Mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.