Vəzifə Öhdəlikləri
Kontent yaradılması
- Reklam, sosial media, sayt və email üçün kreativ və satış yönümlü mətnlərin yazılması
- Brendin tonuna və üslubuna uyğun kontent konseptlərinin hazırlanması
- Çoxkanallı kampaniyalar üçün uyğunlaşmış və lokalizasiyalı mətnlərin yaradılması
Araşdırma və təhlil
- Məhsul, xidmət və hədəf auditoriya üzrə araşdırmaların aparılması
- Rəqib brendlərin kontent analizinin edilməsi
- SEO əsaslı açar sözlərin müəyyənləşdirilməsi və tətbiqi
Redaktə və uyğunlaşdırma
- Yazılmış mətnlərin dil, qrammatika və üslub baxımından redaktəsi
- Mətnlərin müxtəlif platformalara uyğunlaşdırılması (story, reels, blog, afişa və s.)
Komanda ilə əməkdaşlıq
- Marketinq, dizayn və satış komandaları ilə sıx əməkdaşlıq
- Brief əsasında kontentin hazırlanması və vaxtında təhvil verilməsi
- Geri dönüşlərə əsasən düzəlişlərin və optimallaşdırmaların edilməsi
Brend strategiyasının dəstəklənməsi
- Brend kimliyinə uyğun kontent tonunun qorunması
- Yeni kampaniya və layihələr üçün yaradıcı mətn təklifləri vermək
- Brendbook-a uyğun olaraq yazılı materialların hazırlanması
Texniki bacarıqlar və keyfiyyətlər
- Kreativ yazı bacarığı və orijinal ideyalar təqdim etmək
- Azərbaycan və ya digər dillərdə yüksək səviyyədə yazı və redaktə bacarığı
- Deadline və qrafikə uyğun işləmə vərdişi
- SEO və platforma əsaslı kontent yazmaq bacarığı (əlavə üstünlük)
Əməkhaqqı müsahibə əsasında təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.