TayqaTech LLC TayqaTech LLC
  • 630

TayqaTech LLC

İKT

Software Support Intern

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Software Support Intern

  • Deadline 23 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Proqram təminatına dəstək" vəzifəsi üçün aşağıdakı bacarıqlara sahib gənc təcrübəçilər axtarırıq. Təcrübə proqramını uğurla başa vuran namizədlərə iş təklifi ediləcək.Dəstək göstəriləcək platformalar - TayqaSale və DigiTayqa hazırda ölkədə bir sıra aparıcı satış və distribusiya şirkətləri tərəfindən istifadə edilməkdədir. Təcrübə müddəti ərzində real iş praktikası, problemlər və testlər üzərindən lazımı bilik və bacarıqlara sahib olacaqsınız. Həmçinin dəstəklə əlaqəli olaraq proqramlaşdırma, layihə, məhsul, test və dəstək komandaları ilə sıx işləyəcəksiniz.

Görüləcək işlər:

  • Müştəri sorğularının qəbul olumması və yerinə yetirilməsi
  • Davam etməkdə olan layihələrdə texniki dəstək
  • Canlı və test mühitlərində texniki problemlərin araşdırılması və aradan qaldırılması
  • Texniki loqlar əsasında problemlərin həlli, ehtiyac əsasında komanda yoldaşları ilə araşdırılması və yönləndirilməsi
  • Müştərilərə vaxtında və dolğun şəkildə məlumatın bildirilməsi
  • Müştərilərə təhvil veriləcək funksionallıqların təqdimatı və demo göstərişi etmək

Tələb olunur:

  • Texniki sahə üzrə bakalavr dərəcəsi və ya hazırda bu sahə üzrə son təhsil ilində olmaq
  • İngilis dili biliyi, texniki araşdırma aparmaq üçün kifayət edəcək səviyyədə
  • İnformasiya və biznes idareetmə sistemləri ilə tanışlıq
  • Araşdırma, analitik və həllə yönəli düşünmə bacarığı
  • SQL biliyi (junior) və araşdırma üçün sadə sorğuların yazılması
  • Həm şirkət səviyyəsində həm də fərdi şəkildə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət
  • Komandada işləməyi bacarmaq, həvəsli və enerjili olmaq

Üstünlük veriləcək:

  • ERP, CRM və biznes idarəetmə sistemləri ilə təcrübəsi olanlara
  • Bənzər sahədə təcrübəsi olanlara
  • Orta səviyyədə Rus dili biliyi

Qeydlər:

  • Bu vakansiya yalnız proqram təminatına dəstək üzrə uzunmüddətli karyera qurmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Yaxın gələcəkdə proqramlaşdırma üzrə çalışmaq istəyən namizədlər üçün uyğun hesab edilməyə bilər.
  • Yalnız CV forması uyğun olan namizədlər ilə əlaqə saxlanacaq və məlumat bildiriləcək.
  • Maraqlananlar CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Software Support Intern" başlığı ilə göndərə bilərlər.
  • Daily87
  • Weekly195
  • Monthly558