İş şəraiti
- İş qrafiki: I–VI günlər (Bazar günü – istirahət)
- Əməkhaqqı: 800 – 1200 AZN (namizədin nəzəri bilik və praktiki bacarıq səviyyəsinə əsasən müəyyən olunur)
- Ünvan: Bakı şəhəri
Vəzifə Öhdəlikləri:
- Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanması;
- IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin (NVR, DVR, analitik kameralar) quraşdırılması və şəbəkə konfiqurasiyası;
- Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajı, panel sazlanması və funksional sınaqdan keçirilməsi;
- Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması;
- Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin (simli və simsiz sensorlar, idarəetmə panelləri) quraşdırılması və rabitə kanallarının sazlanması;
- Kommutasiya şkaflarının (rack cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun testi;
- İcra olunmuş işlərin texniki tələblərə uyğun təhvil verilməsi.
Tələblər:
- Texniki istiqamətdə (Elektronika, Avtomatika, IT və ya əlaqəli sahələr) təhsil və ya müvafiq sahədə ixtisaslaşma;
- Zəif axın və təhlükəsizlik sistemlərinin montajı və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;
- Baza şəbəkə bilikləri (TCP/IP, subnetting, marşrutlaşdırma və protokollar);
- Təhlükəsizlik avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;
- Layihə çertyojlarını oxumaq və layihəyə uyğun xətlərin çəkilişini icra etmək bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmə məsuliyyəti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə " Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər