Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis

  • Истекает 7 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş qrafiki: I–VI günlər (Bazar günü – istirahət)
  • Əməkhaqqı: 800 – 1200 AZN (namizədin nəzəri bilik və praktiki bacarıq səviyyəsinə əsasən müəyyən olunur)
  • Ünvan: Bakı şəhəri

Vəzifə Öhdəlikləri:

  • Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanması;
  • IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin (NVR, DVR, analitik kameralar) quraşdırılması və şəbəkə konfiqurasiyası;
  • Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajı, panel sazlanması və funksional sınaqdan keçirilməsi;
  • Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması;
  • Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin (simli və simsiz sensorlar, idarəetmə panelləri) quraşdırılması və rabitə kanallarının sazlanması;
  • Kommutasiya şkaflarının (rack cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun testi;
  • İcra olunmuş işlərin texniki tələblərə uyğun təhvil verilməsi.

Tələblər: 

  • Texniki istiqamətdə (Elektronika, Avtomatika, IT və ya əlaqəli sahələr) təhsil və ya müvafiq sahədə ixtisaslaşma;
  • Zəif axın və təhlükəsizlik sistemlərinin montajı və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;
  • Baza şəbəkə bilikləri (TCP/IP, subnetting, marşrutlaşdırma və protokollar);
  • Təhlükəsizlik avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;
  • Layihə çertyojlarını oxumaq və layihəyə uyğun xətlərin çəkilişini icra etmək bacarığı;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmə məsuliyyəti.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə " Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily136
  • Weekly136
  • Monthly617