Tələblər:
- Ali texniki təhsil (Elektronika və ya əlaqəli sahələr üzrə);
- Elektrik/elektronika layihələrinin oxunması, dizaynı və proqram təminatında (AutoCAD, Proteus, Eagle və s.) işləmək bacarığı;
- Elektron sxemləri oxumaq və analiz etmək bacarığı;
- Elektronika komponentləri və onların iş prinsipləri barədə biliklər;
- Ölçmə cihazları və elektrik test avadanlıqları (multimetr, osiloskop və s.) ilə işləmə bacarığı;
- Yüksək səviyyədə lehim bacarığı (SMD elementlərlə iş təcrübəsi üstünlükdür);
- İngilis dili biliyi (Rus dili biliyi üstünlükdür);
- Minimum 1-3 il müvafiq sahədə iş təcrübəsi.
Vəzifələr:
- Sənaye cihazlarının elektronika kartlarının təmiri və quraşdırılması;
- Sənaye cihazları ilə sahədə işləmək;
- Texniki sənədlərin hazırlanması və aparılması;
- Layihə çərçivəsində texniki məsələlərin koordinasiyası və müştəri ilə əməkdaşlıq;
- Nasaz elektronika dövrələrinin kartlarının sxemlərinin çıxarılması.
Biz nə təklif edirik?
- Peşəkar və öyrədici iş mühiti;
- Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
- Əməkhaqqı: Razılaşma yolu ilə.
Müraciət üçün CV-nizi “Elektronika mühəndisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.