Komandamıza yeni üzv axtarırıq!
Vəzifə öhdəlikləri
- B2B müştərilər ilə əlaqələrin qurulması və satış prosesinin idarə olunması
- Gələn sorğuların cavablandırılması, təkliflərin hazırlanması
- Təchizatçılarla yazışmalar və satınalma proseslərinin təşkil edilməsi
- Qiymət müqayisəsi, ən optimal təchizat variantlarının tapılması
- Sənədləşmə işlərinin aparılması (müqavilə, hesab-faktura və s.)
- Malların sifarişi, izlənməsi və anbarla koordinasiya
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Tələblər:
- Xanım namizədlər
- Satış, satınalma və ya sənədləşmə sahəsində minimum 1–2 il təcrübə
- B2B satış sahəsində işləmə bacarığı
- Texniki sahədə (elektrik, avtomatlaşdırma, sənaye avadanlıqları) Ali təhsil olması üstünlükdür
- Elektrik, Elektronika və Avtomatika sahələrində başlanğıc səviyyə texniki bilik vacibdir
- MS Office (xüsusilə Excel, Word və Outlook) üzrə yaxşı səviyyədə bilik
- Sənədləşmə proseslərinə tam bələdlik
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı
- Ünsiyyət və danışıqlar aparma bacarığı
- İngilis dili biliyi minimum B1
Biz nə təklif edirik?
- Peşəkar və öyrədici iş mühiti;
- Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
- Əməkhaqqı: 700 azn (namizədin bilik və bacarıqlarına görə dəyişə bilər.)
Müraciət üçün CV-nizi “Satış və satınalma üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.