Technomen MMC IT və innovativ texnoloji həllərin satışı istiqamətində Satış Meneceri axtarır. Şirkətimiz korporativ müştərilər üçün kompleks həllər təqdim edir: parking idarəetmə sistemləri, IP telefon/mini ATS, domofon və təhlükəsizlik sistemləri (kamera, turniket, şlaqbaum, access control), IT infrastruktur quruculuğu, veb-saytların hazırlanması və digər texnoloji xidmətlər.
Vəzifə öhdəlikləri
- Yeni müştərilərin axtarışı, əlaqələrin qurulması və aktiv satışın təşkili (zəng, görüş, təqdimat)
- Müştəri ehtiyaclarının müəyyən edilməsi, obyekt üzrə ilkin analiz və uyğun həllin təklif olunması
- Xidmətlərin korporativ və fərdi müştərilərə təqdimatı (demo/təqdimat)
- Kommersiya təkliflərinin hazırlanması, qiymət razılaşmaları və müqavilə prosesində iştirak
- Görüşlərin təşkili və satış prosesinin ilkin əlaqədən müqavilə bağlanmasına qədər idarə olunması
- Mövcud müştəri bazası ilə işləmək, təkrar satış və servis yönümlü təkliflərin verilməsi
- Aylıq satış planının yerinə yetirilməsi və nəticələrin rəhbərliyə qısa hesabatı
- Müştəri bazasının formalaşdırılması və CRM sistemində düzgün qeydiyyat/yenilənmə
Tələblər
- Minimum 1 il satış təcrübəsi (B2B və ya texniki satış təcrübəsi üstünlükdür)
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
- Nəticəyönümlülük, məsuliyyət və müştəri ilə uzunmüddətli münasibət qurma bacarığı
- MS Office (xüsusilə Excel/Word) ilə işləmə bacarığı
- Aktiv, çevik, öyrənməyə və inkişaf etməyə açıq olmaq
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlükdür
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Həftə içi 6 gün (B.e–C.a 09:00–18:00, Şənbə 09:00–14:00)
- Əmək haqqı: Fix maaş + satışdan bonus
- Rəsmi əmək müqaviləsi
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanı (təlimlər, real layihələrdə iştirak)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.