Technomen Technomen
  • 253

Technomen

IT

Satış Meneceri (B2B)

  • Истекает 16 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Technomen MMC IT və innovativ texnoloji həllərin satışı istiqamətində Satış Meneceri axtarır. Şirkətimiz korporativ müştərilər üçün kompleks həllər təqdim edir: parking idarəetmə sistemləri, IP telefon/mini ATS, domofon və təhlükəsizlik sistemləri (kamera, turniket, şlaqbaum, access control), IT infrastruktur quruculuğu, veb-saytların hazırlanması və digər texnoloji xidmətlər.

Vəzifə öhdəlikləri

  • Yeni müştərilərin axtarışı, əlaqələrin qurulması və aktiv satışın təşkili (zəng, görüş, təqdimat)
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi, obyekt üzrə ilkin analiz və uyğun həllin təklif olunması
  • Xidmətlərin korporativ və fərdi müştərilərə təqdimatı (demo/təqdimat)
  • Kommersiya təkliflərinin hazırlanması, qiymət razılaşmaları və müqavilə prosesində iştirak
  • Görüşlərin təşkili və satış prosesinin ilkin əlaqədən müqavilə bağlanmasına qədər idarə olunması
  • Mövcud müştəri bazası ilə işləmək, təkrar satış və servis yönümlü təkliflərin verilməsi
  • Aylıq satış planının yerinə yetirilməsi və nəticələrin rəhbərliyə qısa hesabatı
  • Müştəri bazasının formalaşdırılması və CRM sistemində düzgün qeydiyyat/yenilənmə

Tələblər

  • Minimum 1 il satış təcrübəsi (B2B və ya texniki satış təcrübəsi üstünlükdür)
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
  • Nəticəyönümlülük, məsuliyyət və müştəri ilə uzunmüddətli münasibət qurma bacarığı
  • MS Office (xüsusilə Excel/Word) ilə işləmə bacarığı
  • Aktiv, çevik, öyrənməyə və inkişaf etməyə açıq olmaq
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlükdür

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Həftə içi 6 gün (B.e–C.a 09:00–18:00, Şənbə 09:00–14:00)
  • Əmək haqqı: Fix maaş + satışdan bonus
  • Rəsmi əmək müqaviləsi
  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanı (təlimlər, real layihələrdə iştirak)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly590
  • Monthly1886