Namizəd üçün tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: Eyni vəzifədə, avtomobil hissələri, təkərlər, akkumulyatorlar, yağlar satısı sahəsində ən azı 3 il iş təcrübəsi (bölgələr üzrə təcrübə arzuolunandır)
- Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst bilik tələb olunur, ingilis dili arzuolunandır
- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
- Şəxsi nəqliyyat vasitəsi mütləqdir
Vəzifə öhdəlikləri:
- Plan üzrə satışları yerinə yetirmək.
- Yeni topdan satış müştəriləri cəlb etmək, müştəri bazasını genişləndirmək;
- Danışıqları aparmaq və təklifləri vermək;
- Sifarişləri toplamaq, analiz etmək, anbar qalığına nəzarət etmək
- Bakıda və Azərbaycanın bölgələrində topdan satışın qurulması, müştəri bazasının formalaşdırılması;
- Malların satışının planlaşdırılması, sxemlərinin, formalarının, metodlarının və texnologiyalarının işlənib hazırlanması, malların bazarda tanıdılması
- Potensial alıcıların müəyyən edilməsi və onlarla işgüzar əlaqələrin qurulması;
- Daimi müştərilərlə əlaqə saxlayıb, onlarla şərtləri yenidən müzakirə edilməsi;
- Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli);
- Məhsulların satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak;
- Görülən işlərin qeydinin aparılması
Şərtlər:
- İş qrafiki: 5 günlük iş qrafiki saat 09:00-18:00
- Əmək haqqı: Ortalam aylıq əmək haqqı 2000-3000 AZN
- Korporativ nömrə müəssisə tərəfinfən təmin olunur.
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi – 14 km;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Topdan satış üzrə menecer” adını qeyd etməklə ingilis və ya rus dillərində Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.
Telefon: +994512079888