İş şəraiti
- Müəssisə: Təhsil Texnologiyaları Mərkəzi –(Bakı ş. Nərimanov r.)
- Əmək haqqı: Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Vəzifə öhdəlikləri:
- Əmək haqqı kartlarının sifarişi və təhvil-təslim prosesinin təşkili
- Ezamiyyələrin hesablanması və müvafiq sənədlərin yoxlanılması
- Maliyyə əməliyyatlarının 1C proqramında düzgün əks etdirilməsi
- Rabitə xərcləri üzrə aylıq dövriyyənin hazırlanması və ödəniş üçün hesab-fakturaların təqdim edilməsi
- Elektron qaimə-fakturaların göndərilməsi
- Büdcə sənədlərinin hazırlanması və sistemli şəkildə arxivləşdirilməsi
- Maliyyə müdiri ilə koordinasiyalı işləmək və dövri hesabatların təqdim edilməsi
- İnventarizasiya prosesində iştirak
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil
- Analitik düşüncə və riyazi hesablama bacarığı
- Microsoft Office bilikləri (xüsusilə Excel)
- Maliyyə sahəsində iş təcrübəsi (arzuolunandır)
- Mühasibat proqram təminatı ilə işləmə bacarığı
- Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə ilkin biliklər
- Ofis etikası və nizam-intizam qaydalarına riayət
Maliyyə sahəsində karyeranıza başlamaq və ya inkişaf etdirmək istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyə tələsin.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.