Teker Store MMC avtomobil təkərlərinin topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış, yerli bazarda güclənməkdə olan peşəkar şirkətdir. Artan satış həcmini dəstəkləmək və brendin mövqeyini möhkəmləndirmək məqsədilə təcrübəli və nəticəyönümlü Marketinq Meneceri komandamıza dəvət olunur.
Vəzifə öhdəlikləri
- SMM və satış komandası ilə birlikdə işləmək
- Yeni reklam kampaniyaları üzrə rəhbərliyə təkliflər hazırlamaq
- Sosial media səhifələri üçün kontent yaradılması
- Müvafiq müştəri axını kanallarının təhlilini aparmaq
- Vebsaytın idarə olunması, kontentin yaradılması və SEO
- Rəqəmsal reklam büdcəsinin effektiv idarə olunması və ROI-nin ölçülməsi
- Reklam və çap materiallarının dizaynının və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tam icra etmək
- Nəticələrin ölçülməsi üçün marketinq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə olan tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə olunması və ya əlaqəli ixtisaslar üzrə)
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
- Rəqəmsal və ənənəvi marketinq alətləri ilə işləmək bacarığı
- Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili üzrə praktiki təcrübə
- Analitik və strateji düşüncə tərzi
- Komanda ilə işləmək bacarığı, təşəbbüskarlıq və nəticəyönümlülük
- Avtomobil və ya təkər satışı sahəsində iş təcrübəsi arzuolunandır
Təklif olunan şərtlər:
- İş yeri: Bakı, Azərbaycan
- Əmək haqqı: 1000 AZN (net)
- Bonus sistemi: Satış dövriyyəsinə əsasən aylıq performans bonusu
- Karyera inkişafı: Uğurlu fəaliyyətə əsasən maaş artımı və vəzifə yüksəlişi
- İş qrafiki: 6 günlük iş rejimi (tam iş günü)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.