Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Şirkətdaxili hesabat və sorğuların vaxtında cavablandırılması;
- İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək;
- Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək;
- Xarici auditorla bağlı sorğuların cavablandırılması, Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması;
- Maliyyə risklərinin qiymətləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Namizədə olan tələblər:
- Təhsil - Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi)
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
- Dil bilikləri - Azərbaycan dili, İngilis dili
- Microsoft Office proqramları üzrə biliklər;
- ERP sistemində işləmək bacarığı;
- ACCA F3, F7 və Beynəlxalq Maliyyə Hesabatlılığı standartları üzrə biliklər;
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Məsuliyyətli, diqqətli və vaxtı səmərəli idarəetmə
- Analitik təhlil və məntiqi düşüncə
- Komanda ilə işləmə və kommunikasiya
Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.