İş barədə məlumat
- Namizədlərə ödənişsiz ümumi tibbi və marketinq kursları keçirilir;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun elektron sənədləşmə aparılır;
- Stabil əmək haqqı və nəticələrə əsasən bonus və mükafatlar;
- Maaş namizədin təcrübəsinə və performansına uyğun təyin olunur;
- İldə bir dəfə iş stajına uyğun olaraq şirkət hesabına məzuniyyət verilir;
- Gündəlik tibbi müəssisələrin və digər potensial müştərilərin ziyarəti, yeni müştərilərin cəlb edilməsi;
- Məhsulların tanıdılması, təqdim edilməsi, tələbat yaradılması və satışının təşkili;
- Bazarın araşdırılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
- Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi;
- Satış strategiyasına uyğun olaraq müştəri bazasının formalaşdırılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması.
Namizədə tələblər
- Ali və ya orta tibb təhsili;
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı;
- Rəsmi və səliqəli geyim tərzi;
- Dürüstlük, məsuliyyətlilik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Dinamik iş rejiminə və kollektivdə işləməyə uyğunluq;
- İş yeri: Bakı şəhəri.
Qeyd - Nevroloji və qastroenteroloji portfeli olan namizədlərə üstünlük veriləcək.
Müraciət qaydası
Vakansiyaya uyğun namizədlər öz CV-lərini mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.