Ünvan: Qaradağ rayonu, Salyan şossesi 15/2
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının (2 nəfər) işə gətirilməsi və işdən geri aparılması
- Ofis və istehsalat binasında ümumi nizam-intizamın və qaydanın təmin edilməsi
- Podratçılar (kontraktorlar) ilə əməkdaşlıq, gündəlik operativ məsələlərin koordinasiyası
- Zəruri mal və xidmətlər üçün sifarişlərin verilməsi və izlənilməsi
- Binanın ümumi texniki və inzibati vəziyyətinə nəzarət
- Rəhbərlik tərəfindən verilən digər əməliyyat tapşırıqlarının icrası
İş qrafiki:
- Bazar ertəsi – Cümə
- Saat 08:00 – 17:00 (5/7)
Əmək haqqı və üstünlüklər:
- Aylıq əmək haqqı: 1000 AZN
- Yanacaq kartı təmin olunur
- Şirkət tərəfindən nahar təmin edilir
- Əmək haqqı artımı imkanları mövcuddur
Namizədə tələblər:
- Azərbaycan dilini əla səviyyədə bilmək, ingilis dili – minimum A2 səviyyəsində, rus dili arzuolunandır
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Şəxsi avtomobilinin olması mütləqdir
- Məsuliyyətli, punktual, səliqəli və operativ iş bacarığı
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 50 278 92 81 əlaqə nömrəsinə göndərə bilərlər.