Satış meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış meneceri

  • Deadline 5 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət hazırda korporativ müştərilərə də geniş seçim əsasında xidmət göstərir. Hazırda komandamıza dinamik, özünəgüvənən satış menecerlərini axtarırıq.

Öhdəliklər

  • Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının genişləndirilməsi
  • Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi
  • Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun həllərin təklif edilməsi
  • Şirkətin məhsul və xidmətlərini korporativ müştərilərə təqdim etmək
  • Satış təqdimatları, görüşlər, təqdimatların hazırlanması və keçirilməsi
  • Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması
  • Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması
  • Bazar trendlərini izləmək
  • Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək
  • Satış fəaliyyətləri barədə gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması
  • CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi
  • Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək
  • Brend standartlarına uyğun təqdimat və davranış
  • Şirkəti tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək

Tələblər

  • Təcrübə: Satış üzrə minimum 2 il (Korporativ satış sahəsində minimum 1 il olmaqla) 
  • Dil bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), ingilis dili və rus dili (orta səviyyədə şifahi və yazılı) arzu olunandır
  • Ünsiyyət bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı, etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı.

Biz nə təklif edirik?

  • Əmək haqqı: 700-850 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı satış bonusları + performans əsaslı KPI bonusları;
  • Korporativ nömrə və noutbuk
  • 5 günlük iş həftəsi

CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur. Öz tərcümeyi-halında satış sahəsində təcrübə və dil bilikləri üzrə tələbləri qarşılayan namizədlərə geridönüş ediləcək.

  • Daily20
  • Weekly139
  • Monthly390