Satış Meneceri

  • Истекает 13 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

The Grand Leadership komandamıza biznes təhsili və peşəkar inkişaf sahəsində böyümək istəyən, enerjili, ünsiyyətcil və nəticəyönümlü Satış Meneceri axtarır.

Vəzifə öhdəlikləri

  • Praktiki bacarıqların və peşəkar kompetensiyaların inkişafına yönəlmiş təlim və kursların satışı;
  • Potensial müştərilər və tərəfdaşlarla danışıqların aparılması;
  • Şirkətin LinkedIn səhifəsinin şirkət adından idarə edilməsi, peşəkar məzmunun hazırlanması və biznes icmasının inkişaf etdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi və sifarişçilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
  • Şirkətin təhsil layihələrinin inkişafında iştirak.

Namizədlərə tələblər

  • Azərbaycan və rus dillərini sərbəst bilmək;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Satış sahəsində təcrübə üstünlük hesab olunur;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti

  • İş formatı: uzaqdan (remote);
  • İş qrafiki: sərbəst;
  • Əməkhaqqı: satışdan faiz əsasında.

Əgər inkişafyönümlü komandada çalışmaq və gəlirini satış nəticələrinə uyğun artırmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly40
  • Monthly1486