The Grand Leadership komandamıza biznes təhsili və peşəkar inkişaf sahəsində böyümək istəyən, enerjili, ünsiyyətcil və nəticəyönümlü Satış Meneceri axtarır.
Vəzifə öhdəlikləri
- Praktiki bacarıqların və peşəkar kompetensiyaların inkişafına yönəlmiş təlim və kursların satışı;
- Potensial müştərilər və tərəfdaşlarla danışıqların aparılması;
- Şirkətin LinkedIn səhifəsinin şirkət adından idarə edilməsi, peşəkar məzmunun hazırlanması və biznes icmasının inkişaf etdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi və sifarişçilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Şirkətin təhsil layihələrinin inkişafında iştirak.
Namizədlərə tələblər
- Azərbaycan və rus dillərini sərbəst bilmək;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Satış sahəsində təcrübə üstünlük hesab olunur;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
- İş formatı: uzaqdan (remote);
- İş qrafiki: sərbəst;
- Əməkhaqqı: satışdan faiz əsasında.
Əgər inkişafyönümlü komandada çalışmaq və gəlirini satış nəticələrinə uyğun artırmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.