Vəzifə öhdəlikləri:
- Konsept və layihə həllərinin hazırlanması
- Müxtəlif miqyaslı layihələr üçün funksional və estetik planların işlənməsi
- Layihələrin vizual təqdimatı üçün eskiz və ya 3D təqdimatların hazırlanması
- Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;
- Memarlıq ölçülərinin götürülməsi və ölçüyə uyğun dizayn hazırlanması;
- Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;
- Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;
- Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;
- Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;
- Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
- Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
- Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;
- Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual görünüşlərin hazırlanması.
İş şəraiti:
- 6 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır
- Ünvan - Azadlıq prospekti
Namizədə dair tələblər:
- Ali təhsil (Memarlıq və İnşaat, İncəsənət Universitetlərini bitirənlərə üstünlük verilir);
- Rus dili bilməyi arzuolunandır;
- Memarlıq, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;
- Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
- AutoCAD,3D Max, Photoshop, proqramlarından istifadə bacarığı;
- Komandada işləmək bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
- Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq öndərə bilərlər.
Əlaqə - 0502213377