"The WOO" restaurant Peşəkarlar komandasına qoşulun!
Vəzifə öhdəlikləri:
- İsti və soyuq şöbə üzrə mətbəx əməliyyatlarının yüksək səviyyədə icrası;
- Modern Azərbaycan və Avropa mətbəxi üzrə biliklər;
- Mətbəxin bütün əməliyyatlarına nəzarət olunmasında iştirak etmək və komanda ilə koordinasiyalı fəaliyyət göstərmək;
- Zəruri hallarda iş prosesində müvafiq tənzimləmələri həyata keçirmək;
- Texniki təhlükəsizlik, əməyin mühafizəsi qanunvericiliyinə və SƏTƏM siyasətlərinə mütləq riayət etmək.
Tələblər:
- Cins: Bəy;
- Yaş həddi: 23 – 35 yaş;
- Təcrübə: minimum 2-3 il mütləqdir (Premium seqment Restoran və ya Hotel təcrübəsi olanlara üstünlük verilir);
- Məsuliyyətli, nizam-intizamlı və punktual;
- Komandada işləmək bacarığı və öyrənməyə həvəsli.
İş şərtləri:
- Ünvan: Ağ Şəhər
- İş qrafiki: 10 saat (növbəli iş qrafiki)
- İstirahət: Həftədə 1 gün;
- Əmək haqqı: Müsahibə əsasında fərdi şəkildə namizədin bilik və bacarığlarına əsasən təyin olunur.
Müraciət üçün: Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində mütləq "Demi Chef" qeyd edərək göndərmələri xahiş olunur.