Vəzifə öhdəlikləri
- İstehsal olunan və idxal edilən metal məhsullarının, boru kəməri həllərinin və avadanlıqların beynəlxalq və daxili yükdaşımalarının (Avto, Dəmir yolu, Dəniz, Hava) təşkili və izlənilməsi.
- Ən əlverişli marşrutların və nəqliyyat növünün seçilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması.
- Nəqliyyat/ekspeditor şirkətləri və gömrük brokerləri ilə danışıqların aparılması, optimal qiymət təkliflərinin toplanması və müqavilələrin bağlanması.
- Yüklərin daşınma prosesinə, çatdırılma müddətinə, təhlükəsizliyinə və Bakı, Sumqayıt, eləcə də ölkə regionlarındakı müştərilərə vaxtında çatdırılmasına nəzarət edilməsi.
- Gömrük rəsmiləşdirilməsi və yükdaşımalar üçün tələb olunan sənəd paketinin (CMR, Konosament, Bəyannamələr, İnvoys, Packing list, Çatdırılma aktları) hazırlanması və dəqiqliyinin təmin edilməsi.
- Daşımalar və logistika xərcləri üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika və ya Texniki sahələr üzrə).
- İş Təcrübəsi: Logistika və beynəlxalq/daxili yükdaşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi (metal və ya sənaye məhsullarının logistikası üzrə təcrübə üstünlükdür).
- Dil Bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunan), İngilis dili (arzuolunan).
- Kompüter Bilikləri: MS Office (xüsusilə MS Excel üstün səviyyədə).
- Xüsusi Biliklər: Incoterms 2020 qaydalarını, beynəlxalq daşıma normalarını və gömrük sənədləşmə prosedurlarını yaxşı bilmək.
- Şəxsi Keyfiyyətlər: Analitik düşüncə, danışıqlar aparmaq və qiymət razılaşdırmaq bacarığı, stressə davamlılıq və operativ qərar vermə yetənəyi.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 - 18:00)
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunur
- Ünvan: Çinar Plaza, Heydər Əliyev pr. 152.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə telefonu: +994 10 256 07 06