Logistika üzrə mütəxəssis (Logist)

  • Истекает 13 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • İstehsal olunan və idxal edilən metal məhsullarının, boru kəməri həllərinin və avadanlıqların beynəlxalq və daxili yükdaşımalarının (Avto, Dəmir yolu, Dəniz, Hava) təşkili və izlənilməsi.
  • Ən əlverişli marşrutların və nəqliyyat növünün seçilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması.
  • Nəqliyyat/ekspeditor şirkətləri və gömrük brokerləri ilə danışıqların aparılması, optimal qiymət təkliflərinin toplanması və müqavilələrin bağlanması.
  • Yüklərin daşınma prosesinə, çatdırılma müddətinə, təhlükəsizliyinə və Bakı, Sumqayıt, eləcə də ölkə regionlarındakı müştərilərə vaxtında çatdırılmasına nəzarət edilməsi.
  • Gömrük rəsmiləşdirilməsi və yükdaşımalar üçün tələb olunan sənəd paketinin (CMR, Konosament, Bəyannamələr, İnvoys, Packing list, Çatdırılma aktları) hazırlanması və dəqiqliyinin təmin edilməsi.
  • Daşımalar və logistika xərcləri üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika və ya Texniki sahələr üzrə).
  • İş Təcrübəsi: Logistika və beynəlxalq/daxili yükdaşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi (metal və ya sənaye məhsullarının logistikası üzrə təcrübə üstünlükdür).
  • Dil Bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunan), İngilis dili (arzuolunan).
  • Kompüter Bilikləri: MS Office (xüsusilə MS Excel üstün səviyyədə).
  • Xüsusi Biliklər: Incoterms 2020 qaydalarını, beynəlxalq daşıma normalarını və gömrük sənədləşmə prosedurlarını yaxşı bilmək.
  • Şəxsi Keyfiyyətlər: Analitik düşüncə, danışıqlar aparmaq və qiymət razılaşdırmaq bacarığı, stressə davamlılıq və operativ qərar vermə yetənəyi.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 - 18:00)
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunur
  • Ünvan: Çinar Plaza, Heydər Əliyev pr. 152.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə telefonu: +994 10 256 07 06 

  • Daily102
  • Weekly317
  • Monthly1173