İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
- Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
- Tibb sahəsi üzrə minimum 5 il iş təcrübəsi
- Maliyyə, vergi və digər hesabatların aparılması
- Hesablar planını və hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını
- Əmək qanunvericiliyini
- Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
- Financial Accounting (F3) sertifikatı – zəruri
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
- Məsuliyyətlilik
- Dürüstlük və etibarlılıq
- İntizamlılıq
- Nəticəyönümlülük
- Aktiv dinləmə bacarığı
- Araşdırmaq və yenilikləri tətbiq etmək
İşin təsviri:
- Şöbəyə daxil olmuş müraciətlərin vaxtında və qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq statistik məlumatların hazırlanması;
- TƏBİB-in tabeliyindəki tibb müəssisələrində sənədlərin mövcud qaydalara uyğun yoxlanılması;
- TƏBİB-in tabeliyindəki tibb müəssisələrində keçiriləcək monitorinqlər üzrə planların hazırlanmasına dair təkliflərin verilməsi;
- TƏBİB-in tabeliyindəki tibb müəssisələrində pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabatlarına nəzarət edilməsi və mühasibat uçotunun monitorinqinin aparılması;
- Qorunması qanunla tələb edilən məlumatların mühafizəsinin təmin edilməsi;
- Müvafiq fəaliyyət sahələri üzrə həyata keçirilmiş monitorinqlərin nəticələrinin rəhbərliyə təqdim edilməsi;
- Xidmət ezamiyyətlərinə gedərək tapşırıqların yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilmiş digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Monitorinq şöbəsi – Aparıcı məsləhətçi (Maliyyə sahəsinə uyğun)” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.