Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 224

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Здравоохранение , Government

Hüquqşünas (Qəbələ Rayon Mərkəzi Xəstəxanası)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqşünas (Qəbələ Rayon Mərkəzi Xəstəxanası)

  • Истекает 26 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hüquqşünas vəzifəsi üzrə vakant yer elan edir.

Mövcud iş yeri: “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 

Əmək haqqı:

  • Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali hüquq təhsili
  • Sahə üzrə 1 ildən az olmayaraq iş stajı 
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • Komandada işləmə;
  • Analitik araşdırma;
  • Nəticəyönümlülük;
  • Məsuliyyətlilik;
  • İntizamlılıq;
  • Dəqiqlik.

İşin təsviri:

  • Tibb müəssisəsinə daxil olan normativ hüquqi aktların, müqavilə və digər sənədlərin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Müəssisənin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi baxımdan ekspertizasını həyata keçirmək;
  • Daxili normativ sənədlərin hazırlanması, təsdiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Qanun pozuntuları aşkar edildikdə araşdırma aparmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Müəssisəni məhkəmə proseslərində və dövlət orqanlarında təmsil etmək, hüquqi maraqlarını müdafiə etmək;
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrası ilə bağlı məsləhətlər vermək;
  • Tibb müəssisəsinin struktur bölmələrinə hüquqi məsələlər üzrə rəylər təqdim etmək və yeni qəbul edilmiş aktlar barədə məlumatlandırmaq;
  • Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə baxılmasını təmin etmək.

Müraciət qaydası:

  • CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qəbələ RMX – Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily76
  • Weekly529
  • Monthly1528