“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hüquqşünas vəzifəsi üzrə vakant yer elan edir.
Mövcud iş yeri: “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs
Əmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali hüquq təhsili
- Sahə üzrə 1 ildən az olmayaraq iş stajı
- Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə;
- Analitik araşdırma;
- Nəticəyönümlülük;
- Məsuliyyətlilik;
- İntizamlılıq;
- Dəqiqlik.
İşin təsviri:
- Tibb müəssisəsinə daxil olan normativ hüquqi aktların, müqavilə və digər sənədlərin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Müəssisənin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi baxımdan ekspertizasını həyata keçirmək;
- Daxili normativ sənədlərin hazırlanması, təsdiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Qanun pozuntuları aşkar edildikdə araşdırma aparmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Müəssisəni məhkəmə proseslərində və dövlət orqanlarında təmsil etmək, hüquqi maraqlarını müdafiə etmək;
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrası ilə bağlı məsləhətlər vermək;
- Tibb müəssisəsinin struktur bölmələrinə hüquqi məsələlər üzrə rəylər təqdim etmək və yeni qəbul edilmiş aktlar barədə məlumatlandırmaq;
- Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə baxılmasını təmin etmək.
Müraciət qaydası:
- CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qəbələ RMX – Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.