Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə Mütəxəssis (SMM bilikləri ilə) vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: ingilis dili – arzuolunan
- Kompüter bilikləri: MS Office proqramları, Adobe İllustrator, Adobe Photoshop, Canva – yaxşı
- Sosial media platformalarının idarə olunması (Facebook, Instagram, LinkedIn, YouTube, TikTok və s.) üzrə peşəkar bilik
- Kontent planlaşdırma, sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi bacarığı
- Azərbaycan dilinin orfoepiya, orfoqrafiya və üslub normalarını mükəmməl bilmək
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Vaxtın idarə olunması və planlama
- Problemlərin həlli və operativ qərarvermə
- Yüksək ünsiyyət və yazı bacarığı
- İctimaiyyət və media ilə işləmə mədəniyyəti
İşin təsviri:
- TƏBİB-ə aid olan sosial media hesablarının idarə olunması və inkişafı;
- Kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək;
- İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə uyğun olaraq foto, video və mətn kontentlərinin hazırlanması;
- Sosial şəbəkə səhifələri üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
- Rəsmi sosial şəbəkə səhifələrinə daxil olan müraciətlərin (şərh və mesajlar) qeydiyyata alınmasının və cavablandırılmasının təmin olunması;
- Hədəf auditoriya seçmək və izləyici kütləsini artırmaq;
- Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “İctimaiyyətlə əlaqələr şöbəsi – Mütəxəssis” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.