Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Healthcare , Government

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə Mütəxəssis (SMM bilikləri ilə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə Mütəxəssis (SMM bilikləri ilə)

  • Deadline 17 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə Mütəxəssis (SMM bilikləri ilə) vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil 
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: ingilis dili – arzuolunan
  • Kompüter bilikləri: MS Office proqramları, Adobe İllustrator, Adobe Photoshop, Canva – yaxşı
  • Sosial media platformalarının idarə olunması (Facebook, Instagram, LinkedIn, YouTube, TikTok və s.) üzrə peşəkar bilik
  • Kontent planlaşdırma, sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi bacarığı
  • Azərbaycan dilinin orfoepiya, orfoqrafiya və üslub normalarını mükəmməl bilmək

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə olunması və planlama
  • Problemlərin həlli və operativ qərarvermə
  • Yüksək ünsiyyət və yazı bacarığı
  • İctimaiyyət və media ilə işləmə mədəniyyəti

İşin təsviri:

  • TƏBİB-ə aid olan sosial media hesablarının idarə olunması və inkişafı;
  • Kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək;
  • İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə uyğun olaraq foto, video və mətn kontentlərinin hazırlanması;
  • Sosial şəbəkə səhifələri üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • Rəsmi sosial şəbəkə səhifələrinə daxil olan müraciətlərin (şərh və mesajlar) qeydiyyata alınmasının və cavablandırılmasının təmin olunması;
  • Hədəf auditoriya seçmək və izləyici kütləsini artırmaq;
  • Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində İctimaiyyətlə əlaqələr şöbəsi – Mütəxəssisqeyd olunmalıdır;

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly495
  • Monthly857