“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin İnformasiya texnolologiyaları şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir:
Mövcud iş yeri: “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs – Sumqayıt şəhəri
Əmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Təhsil: Ali texniki (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Kompüter bilikləri: Şəbəkə və server infrastrukturunun idarə olunması sahəsində bilik;
İşin təsviri:
- İT infrastrukturunun idarə olunması və inkişaf etdirilməsi;
- Server, şəbəkə, məlumat bazaları və informasiya təhlükəsizliyi sistemlərinin idarə olunması;
- İT layihələrinin planlaşdırılması, icrası və nəzarət edilməsi;
- Proqram təminatı və texniki dəstək xidmətlərinin effektiv təşkili;
- Proseslərin effektivliyini ölçmək üçün zəruri tədbirlərin həyata keçirilməsi;
- İT şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsünün təşkili;
- Xidməti sorğuların düzgün yönləndirilməsinə nəzarət edilməsi;
- İT fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə iş proseslərindəki yeniliklərin tətbiq edilməsi;
Müraciət qaydası:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Sumqayıt TM – İT şöbə müdiri” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.