“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin informasiya texnolologiyaları üzrə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edir:
Mövcud iş yeri: “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs – Sumqayıt şəhəri
Əmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Təhsil: Ali (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə)
- İş təcrübəsi: İT sahəsində ən azı 2 il iş təcrübəsi
- Kompüter bilikləri: Şəbəkə texnologiyaları (TCP/IP, LAN/WAN), əməliyyat sistemi və proqram təminatları sahəsində dərin biliklər, İT avadanlıqıarda fiziki nasazliqların aradan qaldırılması.
İşin təsviri:
- İT infrastrukturunun gündəlik əməliyyatlarının təmin edilməsi və dəstəklənməsi;
- Şəbəkə və server avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və idarə olunması;
- Proqram təminatlarının quraşdırılması və texniki problemlərin aradan qaldırılması;
- İstifadəçilərə texniki dəstək göstərilməsi;
- Məlumatların ehtiyat nüsxələrinin yaradılması və bərpasının təmin edilməsi;
- Sistemlərin təhlükəsizliyinin qorunması və monitorinqi;
Müraciət qaydası:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Sumqayıt TM – İT üzrə mütəxəssis” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.