Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 354

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Здравоохранение , Government

İxtisaslı tibbi xidmətlər şöbəsi - baş məsləhətçi

  • Истекает 29 сентябрь 2025
  • Healthcare
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İxtisaslı tibbi xidmətlər şöbəsi - baş məsləhətçi

  • Истекает 29 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibbi təhsil
  • Sahə üzrə minimum 4 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə (arzuolunandır)
  • Səhiyyə sahəsində olan Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilməli

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Analitik düşüncə
  • Məsuliyyətlilik
  • Nəticəyönümlülük
  • Problem həll etmə

İşin təsviri:

  • Tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi xidmət növlərinin artırılması
  • İxtisaslı tibbi xidmətlərin planlanması, təşkili və keyfiyyətinin yaxşılaşdırılması
  • Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı təkliflərin hazırlanması
  • Tibbi xidmətlərin icrasının izlənilməsi məqsədilə planlı səfərlərin təşkil edilməsi
  • Tibb müəssisələrində təşkilati-metodik fəaliyyətin təmin edilməsi və konseptual sənədlərin hazırlanması
  • Şöbənin fəaliyyətinə uyğun təlimat və prosedurların hazırlanması
  • Daxil olan müraciətlərin cavablandırılmasının təmin edilməsi
  • Şöbənin fəaliyyətinə dair dövri hesabatların hazırlanması

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməlidir; Mövzu sətrində İxtisaslı tibbi xidmətlər şöbəsi - baş məsləhətçiqeyd olunmalıdır;

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

  • Daily127
  • Weekly127
  • Monthly2018