Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 4 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə (arzuolunandır)
- Səhiyyə sahəsində olan Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilməli
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Analitik düşüncə
- Məsuliyyətlilik
- Nəticəyönümlülük
- Problem həll etmə
İşin təsviri:
- Tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi xidmət növlərinin artırılması
- İxtisaslı tibbi xidmətlərin planlanması, təşkili və keyfiyyətinin yaxşılaşdırılması
- Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı təkliflərin hazırlanması
- Tibbi xidmətlərin icrasının izlənilməsi məqsədilə planlı səfərlərin təşkil edilməsi
- Tibb müəssisələrində təşkilati-metodik fəaliyyətin təmin edilməsi və konseptual sənədlərin hazırlanması
- Şöbənin fəaliyyətinə uyğun təlimat və prosedurların hazırlanması
- Daxil olan müraciətlərin cavablandırılmasının təmin edilməsi
- Şöbənin fəaliyyətinə dair dövri hesabatların hazırlanması
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməlidir; Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.