Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir.
İş yeri: Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri (Sabunçu, Suraxanı, Xəzər rayonları üzrə)
Əmək haqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə)
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə
- Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə)
Qanunvericilik üzrə biliklər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı
- “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı
- Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə
- “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı
- Bütün sahələr üçün Vahid Tarif-İxtisas Sorğu Kitabçaları haqqında məlumat
- Korrupsiyaya qarşı mübarizə haqqında qanun
- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında qərar
İşin təsviri:
- Elektron hökümət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil edilməsi;
- İşçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad olunması və əmək qanunvericilində nəzərdə tutulmuş digər hüquq və vəzifələr ilə bağlı bütün işlərin vaxtında rəsmiləşdirilməsini həyata keçirir;
- İşçilərin şəxsi işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirir, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin edir;
- Səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar, xasiyyətnamələr və çıxarışların təqdim edir;
- İnsan resursları üzrə elektron məlumat bazasının formalaşdırılmasını, yenilənməsini həyata keçirir;
- Yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarını təmin edir;
- Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərin tətbiq edildiyi işçi qruplarının daim nəzarətdə saxlanılması və bu güzəştlərin tətbiqini təmin edir;
- Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi və uçotunun aparılmasını təmin edir;
- Xəstəlik vərəqələrinin müvafiq hissələrinin doldurulması, protokollarının tərtib olunması təmin edir;
- İşçilərin gündəlik işə davamiyyətinə nəzarət edir;
- İmzalanmış əmr və digər sənədlərin qeydiyyata alınmasını və saxlanılmasını təmin edir.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – kadrlar üzrə mütəxəssis) qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.