Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Şabran Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir.
Mövcud iş yeri: Şabran RMX
Əmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (maliyyə və iqtisadiyyat)
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
- Dil bilikləri: İngilis dili (arzuolunan)
- Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə;
- Məsuliyyətlilik
- Nəticəyönümlülük;
- İntizamlılıq
İşin təsviri:
- Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;
- Müəssisənin maliyyə fəaliyyətinin təşkil edilməsi;
- Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;
- Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
- Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;
- Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;
- Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;
- Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.
Müraciət qaydası:
- CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şabran RMX – Maliyyə şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.